Milli.Az kulis.az-a istinadən psixoloji pozğunluq keçirən 10 məşhuru təqdim edir:
Müğənni və aktrisa Cennifer Lopez - 2001-ci ildə Cennifer "Yetər"" ("Enough") filminin çəkilişlərində idi. Qaynar bir iş rejimi idi. Həm musiqiçilik, həm aktyor oyunu Cey Lonu yorurdu. Bir də üstünə yüksək tələbkarlıq gələndə dözülməz hala gəldi. Çəkiliş meydançasında qəfil donub qalmış aktrisanı görəndə hamı çaşdı. O, nə danışa, nə də hərəkət edə bilir, quruyub qalmışdı. Onu evinə apardılar. Sakitləşdirici həblər qəbul edən Cennifer bir həftəni yuxuda keçirdi.
Müğənni Britni Spirs - 2007-ci il. Britni iki uşağının qəyyumluğu üçün mübarizə aparırdı. Uşaqlarının əlindən alınması fikri onu dəli edirdi. Əsəb sarsıntısı keçirdiyi günlərdən birində onu bərbərdə gördülər. Səbəbsiz bir təbəssümlə saçlarını dibindən qırxırdı. Bərbərdən çıxıb küçədəki paparazzilərə hücum etdi. Daha sonra ailəsi onu nəzarətə aldı və müalicə başladı.
Aktrisa Lindsi Lohan - amerikalı aktrisa və müğənni Lohanın psixoloji probleminə bütün dünya şahid olub: maqazin xəbərlərində skandal olan davranışlarına. Narkotika və alkoqol bunlardan yalnız biri idi. Kokain üzündən həbsə girdi, başqasının avtomobilini əzib, bahalı bir boyunbağını oğurladı. Yalnız uzun sürən müalicədən sonra həyatını nizamlaya bildi.
Müğənni Selena Qomez - gənc yaşda şöhrət qazanan Selena də psixoloji problemlər yaşadı. Terapiya və müalicələrlə bir müddət idarə etsə də, az sonra müalicənin faydası olmadı. 2014-cü ildə psixloji böhran üzündən musiqi həyatına son qoydu. "Qırmızı qurd eşənəyi" xəstəliyi yenidən baş qaldırdı.
Aktrisa Mişa Barton - 2017-ci ilin fevralında Hoollivuddakı evlərdən birinin damında bir qadın bütün məhəlləyə bağıra-bağıra anasının cadugər olduğunu, onu cadulayıb həyatını məhv etdiyini xəbər verirdi. Bu qadın 2009-cu ildən bəri psixoloji pozuntular keçirən aktrisa-model Mişa Barton idi.
Aktyor Tom Kruz - 2005-ci ildə Tom "Opra" teleşousunda qəfil divanda tullanmağa başladı. Aparıcı heç nə anlaya bilmirdi. Hər şey sonra məlum oldu. Evində olarkən yeni bir psixoloji böhran baş verəndə aktyoru xəstəxanaya yerləşdirməyə məcbur oldular.
Aktrisa Demi Lovato - "Kokainsiz bir saat belə qala bilmirəm" deyən Lovato özünə xəsarət yetirməyə başlayanda artıq psixoloji xəstəliyi xeyli irəliləmişdi. Amma həkimlər onun çətin dönəmlərini adlamasına yardım edə bildilər.
Milli.Az