Yaponiyanın Küsü və Sikoku adalarında 3 gündür davam edən yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. Təbii fəlakət çoxsaylı sürüşmələrə gətirib çıxarıb, bir çox evlər su altında qalıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 92 nəfər itkin düşmüş hesab edilir.
***
Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı açıqlanıb.
Təbii fəlakət zamanı daha 45 nəfər itkin düşmüş hesab edilir.
Yapon mediasının xəbərinə görə, ölkənin qərbində evlərin dağılması və selin avtomobilləri aparması nəticəsində 65 nəfər ölüb, 50 nəfərdən isə xəbər yoxdur. Bu ərazidən 4,7 milyon insan təxliyə edilməsi işinə başlanılıb. Hazırda 1 milyon insan ərazindən təxliyə edilib. Yapon ordusundan əlavə olaraq 48 min personal itkin düşənləri axtarır, yaralılara xidmət göstərir, təxliyə prosesini həyata keçirir.
Bölgədə güclü yağışların bir müddət davam edəcəyi deyilir.