Bu faydalarını daha əvvəl eşitməmisiniz

Uşaqdan böyüyə hər kəs üçün əhəmiyyətli bir qida olan yumurtanın faydaları ilə sağlamlığınızı zərərli bütün təsirlərdən qoruya bilərsiniz.

Metbuat.az xəbər verir ki, insan sağlamlığı üçün bir çox əhəmiyyətli təsiri olan yumurtanı davamlı şəkildə yedikdə bütün faydalarından yararlanmaq mümkündür.

Araşdırmalar nəticəsində yumurtanın xolestrol üzərindəki təsirləri ortaya çıxıb. Yaxşı xolestrolu yüksəltdiyi müəyyən olunan yumurtanın ürək xəstəlikləri kimi sağlamlıq problemlərinin qarşısını alan bir təsiri var.

Tərkibindəki qida dəyərləri baxımından olduqca zəngin olan yumurtanın tərkibində bol miqdarda A, B2, B5 və B12 vitaminləri ilə yanaşı fosfor, folat və selenyum kimi maddələr də yer alır. Günlük yumurta qəbulu 77 kalori, 6 qram protein və 5 qram sağlam yağ miqdarına bərabərdir.

Yumurtanın faydaları sırasında bir digəri isə tox tutmasıdır. Səhər yeməyi zamanı müəyyən miqdarda yeyəcəyiniz yumurta ilə uzun müddət tox qalmağı təmin edə bilərsiniz.

Yumurta tərkibindəki yaddaşı gücləndirən kolin maddəsi sayəsində beyin sağlamlığını da qoruyur. Tərkibindəki yüksək miqdarda kalsium səbəbi ilə yumurta inkişaf prosesindəki uşaqların inkişafına da faydalıdır.

Qadınlarda döş xərçəngi riskini artıran təsirlər arasında qeyri-sağlam qidalanma da yer alır. Edilən araşdırmalara görə, həftədə 6 ədəd yumurta yeyən qadınların döş xərçəngi tutulma riski digərlərinə görə 40 faiz daha azdır.

https://metbuat.az/news/979287/meshur-modelin-cazi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR