İngiltərənin xarici işlər naziri Boris Conson istefa verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Baş Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, iyulun 9-da Conson istefasını baş nazir Tereza Meyə təhvil verib və istefası qəbul olunub.
Consonun istefasından bir gün əvvəl, iyulun 8-də isə ölkənin Avropa İttifaqından ayrılması prosesinə (Breksit) nəzarət edən nazir David Davis də istefasını bəyan etmişdi. O, öz açıqlamasında Birləşmiş Krallığın baş naziri Brüssellə aparılan Breksit danışıqlarını sarsıtdığı üçün istefa verir. Onun sözlərinə görə, Birləşmiş Krallıq Avropa İttifaqını tərk etdikdən sonra parlament gücünü bərpa edə bilməyəcək.
Günay Elşadqızı / Metbuat.az