Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün andiçmə mərasimi keçirilib.
Metbuat.az Türkiyəni KİV-nə istinadən xəbər verir ki, Türkiyə ötən gündən etibarən rəsmən prezident üsul idarəsinə keçib. Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini təsdiqləyib. Həmin siyahını təqdim edirik:
Prezidentin köməkçisi: Fuat Oktay
Ədliyyə naziri: Əbdülhəmid Gül
Xarici işlər naziri: Mövlud Çavuşoğlu
Daxili İşlər naziri: Süleyman Soylu
Milli Müdafiə naziri: Hulusi Akar
Milli Təhsil naziri: Ziya Səlcuq
Səhiyyə naziri: Fəxrəddin Qoca
Enerji və təbii sərvətlər naziri: Fatih Dönməz
Nəqliyyat və İnfrastruktur naziri: Məhmət Cahid Turhan
Ətraf və şəhərsalma üzrə nazir: Murat Kurum
Kənd təsərrüfatı və meşə naziri: Bəkir Pakdəmirli
Mədəniyyət və turizm naziri: Məhməd Ərsoy
Gənclər və idman naziri: Məhməd Muharrəm Kasapoğlu
İş, Sosial Xidmətlər - Ailə naziri: Zəhra Zümrüd Səlcuq
Xəzinədarlıq və maliyyə naziri: Bərat Albayrak
Ticarət naziri: Ruhsar Pekcan
Sənaye və texnologiya naziri: Mustafa Varank
Qeyd edək ki, Nazirlər Kabinetinin ən yaşlı üzvü Baş qərargah rəisi vəzifəsindən Milli Müdafiə naziri vəzifəsinə təyin olunan 66 yaşlı Hulusi Akardır. Kabinetin ən gənc üzvü isə 39 yaşındakı Əmək, sosial xidmətlər və ailə naziri Zəhra Zümrüd Səlcuqdur.
Yeni Kabinetdə yer almayan adlar isə bunlardır: Yeni kabinetdə deyil, əvvəlki kabinədəki adlar belədir: Binəli Yıldırım, Bəkir Bozdağ, Məhməd Şimşək, Fikri İşıq, Rəcəb Akdağ, Hakan Çavuşoğlu, Fatma Betül Sayan Kaya, Ömər Çəlik, Faruk Özlü, Julidə Sarıəroğlu, Məhməd Özhaseki, Nihad Zeybəkçi, Osman Aşkın Bak, Əhməd Əşrəf Fakıbaba, Bülent Tüfəngçi, Lütfi Əlvan, Numan Qurtulmuş, Naci Ağbal, İsmət Yılmaz, Nurəddin Canikli, Veysəl Ereoğlu, Əhməd Demircan, Əhməd Arslan.
Günay Elşadqızı / METBUAT.AZ
Türkiyədə yeni müdafiə naziri Baş Qərargah rəisi təyin olundu