Emin Həsənli: "Bizi qoruyan polisə qarşı vətəndaşlarımızdan tətikçi kimi istifadə edirlər"

Emin Həsənli: "Bizi qoruyan polisə qarşı vətəndaşlarımızdan tətikçi kimi istifadə edirlər"
14:28 12 İyul 2018
39 Digər
Ölkə mətbuatı
A- A+

“Gəncədə baş verən hadisələr terror və ixtişaşdır. Bu hadisənin törədilməsinə səbəb Azərbaycanın müstəqil xarici siyasət yeritməsi, hüquqi, dünyəvi dövlət olması, regionda balanslı siyasət aparması, böyük layihələrə imza atmasıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O bildirib ki, bu gün Azərbaycan regionun ən əsas dövlətinə çevrilib və ölkəmiz olmadan regionda heç bir layihə həyata keçirilmir: “İyun ayında keçirilən parad ölkəmizin, ordumuzun gücünü bir daha göstərmiş oldu. Həmin paradda Rusiya, Amerika, İsrail, Türkiyədən alınmış müasir silahlar nümayiş etdirildi. Azərbaycanın region dövlətləri ilə münasibətləri yüksək səviyyədədir. Ölkəmiz beynəlxalq forumların mərkəzinə çevrilib, iqtisadiyyatı güclənib, ölkəmizə turist axını var. Lakin bir sıra dövlətlər bunu qəbul etmək istəmir. Suriya, Əfqanıstan, Ukrayna hadisələrinin burada təkrarlanmasına çalışırlar. Bu prosesi gah demokratiya, insan haqları adı altında, gah da din pərdəsi adı altında həyata keçirmək istəyirlər. Gəncədə polisi öldürənlərin cinayət əməlləri barədə məlumat verildi. Anasını öldürən narkomanın dinlə heç bir əlaqəsi ola bilməz. Təəssüf ki, bizi qoruyan polis və məmurlara qarşı vətəndaşlarımızdan tətikçi kimi istifadə edirlər. Respublikanın bütün ictimaiyyəti bu hadisəni qətiyyətlə pisləyir. Azərbaycan polisi Qarabağda döyüşüb, ərazi bütövlüyü uğrunda şəhid olub, onlar arasında Milli Qəhrəmanlar var. Polis Azərbaycanın sabitliyini qoruyur. İki yüksək rütbəli polisin öldürülməsində məqsəd məsələni böyüdüb, diqqət çəkməkdir. Hər iki polisin ictimaiyyət arasında böyük nüfuzu oub”.

E.Həsənli onu da əlavə edib ki, Azərbaycanda hər zaman xalq hakimiyyət həmrəyliyi var.

“Aprelin 11-də keçirilən seçkilər də bunu təsdiq etdi. Xalq cənab Prezidenti və onun siyasətini birmənalı şəkildə dəstəkləyir. Heç bir qüvvə bu birliyə kölgə sala bilməz. Bayrağımızda müasirlik, türkçülüklə yanaşı islamçılıq ideologiyası var. Bununla yanaşı, konstitusiyamız hər kəsə dini azadlıq verir. İslam dini terrorun əleyhinədir. Amma anasını öldürən, kriminal keçmişi olan biri dindən, hüquqdan necə danışa bilər?”

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/247144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR