Dünya Bankının (DB) qrupuna daxil olan İnvestisiya Təminatları üzrə çoxtərəfli agentlik (MIGA) Transanadolu qaz kəməri (TANAP) layihəsinə dəstək məqsədilə 1,1 milyard dollar həcmində zəmanət verib.

Metbuat.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə MIGA-nın yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, 5 illik zəmanət "Cənub Qaz Dəhlizi" üçün "AKA Bank", "Citi", "Crédit Agricole CIB", "ING", "LBBW", "Santander и Société Générale"in kreditləri üçün verilib.