Bu gün Aprel şəhidimiz Mühüd Orucovun doğum günüdür.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Mühüd Qurban oğlu Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirən kapitan Mühüd Orucov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 12-si isə Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Ailəli idi, əkiz oğlanları yadigar qalıb.