Oğluma alacağım qız qeyrətli, mehriban və təmizkar olmalıdır. Bu üç şeyi gəlnimdən istəyəcəm.

Milli.Az axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Zaurla Günaydın" verilişində deyib.

Zaur Baxşəliyevin "Birdən qız dedi ki, oxuyub-oynayansan, sənin evinə gəlmirəm. Oğlun sevir, qız gəlmir. Deyirdin, oxuyan qız almayacam. Qız da oxuyanın oğluna gəlmir" sözlərinə xanəndə belə cavab verib:

"Gəlin gəlir gəlsin, gəlmir cəhənnəmə gəlsin. Kimsə sevinsin ki, mənim kimi qayınanası olacaq. Mən oxuyan qız almıram".

Milli.Az