Prezident tapşırıq verdi:

Gəncə hadisələrində Azərbaycanda sabitliyi pozmağa çalışan və bu məqsədlə terrora belə əl atmaqdan çəkinməyən dini ekstremist qruplaşmaların əli olması ehtimal edilir.

Metbuat.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, həmin hadisələrdə təqsirli bilinən xeyli adam artıq ələ keçirilib:

“İstintaq davam etdirilib. Bu hadisələri törədən şəxslər İranda müəyyən dini ekstrimist qruplaşmalarla bağlıdır. Bu məsələdə əlaqələndirici rol oynayan şəxsin də adı müəyyənləşdirilib. Demək olar ki, hadisələrin ümumi anatomiyası sifarişçiləri, icraedenlər bilinir. Bunlardan bəziləri isə hələ də axtarışdadır və onların axtarışı davam etdirilir”.

Politoloq vurğulayıb ki, ölkə başçısı İlham Əliyev Respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə də hadisələr barədə ətraflı danışıb:

“Burada Prezident istintaqın sona kimi davam etdirilməsinin vacibliyindən danışdı. Demək olar ki, istintaqın müəyyən etdiyi nəticələr mütəmadi olaraq KİV vasitəsi ilə əhaliyə çatdırılır. Bütövlükdə mən şübhə etmirəm ki, istintaq işi bütün günahkarları aşkara çıxaracaq və onları məsuliyyətə cəlb edilməsini təşkil edəcəkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR