Xoşqədəm Hidayətqızı tapdı, "tok" vurub öldürdü

Xoşqədəm Hidayətqızı tapdı, "tok" vurub öldürdü
21:18 17 İyul 2018
240 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Salyan rayonunda 14 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, Salyan şəhər Ə.Zeynalov küçəsində yerləşən həyətdə elektrik nasosu ilə su vuran 2004-cü ildə anadan olmuş Səyyad Kənan oğlu Bəkirovu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, dünyasını dəyişmiş Səyyad və bacısı əvvəllər Şamaxıda yaşayırmışlar. Ötən il anaları rəhmətə getdiyindən onu və məktəbli bacısı Fidanı bibisi götürərək Salyana öz yanına gətirib.

Qeyd olunur ki, Salyanda yaşayan bibi Şamaxıda yaşayan doğmalarını ötən il “Səni Axtarıram” verilişinin köməyi ilə tapıbmış.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/247661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR