İyulun 18-də Hindistanın paytaxtı Dehlinin şərqindəki Big Noida şəhərində iki binanın aşıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, binaların dağılması nəticəsində üç nəfər həyatını itirib. Məlumata görə, tikintisi davam edən altı mərtəbəli binanın dörd mərtəbəli yaşayış binasının üzərinə aşması nəticəsində hər iki bina dağılıb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.