Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında münasibətlər düzəlməzsə mən Putinin "ən qəddar düşməni olacam".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "CNBC" telekanalına müsahibəsi zamanı bildirib.

D.Tramp deyib: "ABŞ-RF münasibətləri düzəlməzsə mən Putinin "ən qəddar düşməni olacam".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Milli.Az