"Neftçi"nin baş məşqçisi: Bu, çox acınacaqlı haldır

"Bu bizim üçün çox ağır nəticədir".

Metbuat.az xəbər verir ki, Trend-in məlumatına görə, "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə cavab oyunundan (4:0) sonra deyib.

İtaliyalı mütəxəssis həm nəticəyə, həm də komandamızı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib:

"Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin ki, futbolçuları oyuna düzgün kökləyə bilməmişdik".

Baş məşqçi qeyd edib ki, əlbəttə, bu, çox acınacaqlı haldır: "Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk oyunda Macarıstan klubunu 3:1 hesabı ilə məğlub etmişdi.

Pompeo: Rusiya və ABŞ terrorçuluqla mübarizədə əməkdaşlıq edəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR