ABŞ-ın məxfi xidməti Rusiya prezidenti Vladimir Putinin Donald Trampa Helsinki sammiti zamanı hədiyyə etdiyi futbol topunu yoxlamadan keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, təhlükəsizlik xidmətinin nümayəndələri qeyd edir ki, ABŞ prezidentinə hədiyyə edilən bütün əşyalar yoxlamadan keçirilir: "Top çox diqqətlə araşdırmadan keçirilib".
Xatırladaq ki, ABŞ və Rusiya prezidentiləri iyulun 16-da Helsinki şəhərində görüşüblər.
Milli.Az