"Qarabağ"ın yeni transferi Con Delarjın müqavilə müddəti müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb.

Bildirilir ki, Konqo millisinin hücumçusu Azərbaycan çempionu ilə artıq münasibətləri rəsmiləşdirib. Məqalədə Delarjın "Qarabağ"la 3 illik müqavilə bağladığı vurğulanıb. 28 yaşlı forvardın adı Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi" ilə oyunların iştirak ərizəsinə əlavə olunacaq.

Qeyd edək ki, 2012-ci ildən Konqo yığmasının formasını geyinən Con Delarj millidə meydana çıxdığı 11 oyunda 1 qola imza atıb.

Milli.Az