Leyla Əliyeva Eminin ikinci dəfə ailə qurmasından yazdı - FOTO

Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva keçmiş həyat yoldaşı, müğənni və biznesmen Emin Ağalarovu yenidən ailə qurması münasibəti ilə təbrik edib.

O, təbrikini öz instaqram-hesabında yerləşdirib və Eminə, eləcə də onun sevgilisi Alyona Qavrilovaya arzularını çatdırıb: "Mən Eminə və Alyonaya xoşbəxtlik arzu edirəm, onlar buna layiq, gözəl insanlardırlar. Arzu edirəm ki, sevgi onların həyatında hər şeydən uca olsun”.

Xatırladaq ki, Emin Ağalarovla Leyla Əliyevanın 2 oğlu var. Bundan başqa, L.Əliyeva bir qızı qızlığa götürüb və E.Ağalarov onu da qəbul edib.

İncil yarpağı ilə Mars uçuşu - Səndəmi, Brut? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR