NATO Türkiyənin S-400 və F-35 almasından niyə qorxur? - SİRR AÇILDI

NATO Türkiyənin S-400 və F-35 almasından niyə qorxur? - SİRR AÇILDI
16:58 23 İyul 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemlərini alması üzvü olduğu NATO-da və ABŞ-da narazılıqla qarşılanır. ABŞ-NATO Ankaranı bu istəkdən vaz keçirmək üçün müxtəlif şantaj və şirnikləndirici addımlar atırlar. NATO-nun Avropa Müttəfiq Qüvvələrinin hərbi hava bölməsinin komandanı Tod Voltersin “S-400-lər NATO-nun radardan qaça bilən F-35 raketlərinin necə işlədiyini ortaya çıxara bilər” açıqlamasın son günlər daha çox müzakirə olunur. Qərb Türkiyənin həm F-35, həm də S-400-lərə sahib olmasından da narahatdır.

Publika.az
xəbər verir ki, türkiyəli araşdırmaçı Hakan Kılıç məsələ ilə bağlı maraqlı açıqlama verib.

H.Kılıç NATO generalının açıqlamasının hərbi yox, siyasi olduğuna diqqət çəkib.

“Məsələ F-35-lərin sirlərinin ortaya çıxmasıdırsa, bu müəmmalıdır. Çünki İsrailin F-35-ləri var və onlar bu raketlərlə zaman-zaman Suriyada əməliyyat keçirirlər. Rusiyanın Suriyada S-400-ləri var, o zaman nə üçün İsrailin təyyarələri radara düşməyib? Diqqətdən qaçan məqam radar izi deyilən məsələdir. F-35 radara nə qədər düşür, nə dərəcədə iz buraxır? Sirr deyilən məsələ budur. S-400-lərin 400-600 kilometr radar mənzili var. Bir F-35 100 kilometrə qədər yaxınlaşanda S-400-ün radar böyüklüyünün nə qədər olacağı önəmlidir. Digər tərəfdən, F-35-lərin bir çox sirri çinlilər tərəfindən ortaya çıxarılıb. Yəni indi hansısa sirdən danışmaq mənasızdır”, - deyə türkiyəli araşdırmaçı qeyd edib.

Asif



Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/248243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR