İngiltərədə pik vaxtlarda nəqliyyatdakı sərnişin sıxlığından istifadə edib qızlara, xüsusən də azyaşlılara qarşı əxlaqsızlıq edən, onlara toxunan şəxsin kimliyi məlum olub.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, onun adı Kevin Bonddur. 51 yaşlı Kevin əvvəllər gecə klubu sahibi olub.

Onun bu vaxta qədər 30-a yaxın qadına qarşı əxlaqsızlıq etdiyi aşkarlanıb.

Kevin Bond uzun müddət axtarışlardan sonra saxlanılıb.

Fuad
Milli.Az