Xəbər verdiyimiz kimi, Yunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb.
Milli.Az xəbər verir ki, baş verən təbii fəlakətə futbol azərkeşləri də səssiz qalmayıblar.
Belə ki, "Olimpiakos" klubunun rəhbərləri, AEK və "Ponatikonaikos"lu azarkeşlərlə birlikdə yanğının fəsadlarını aradan qaldirmaq üçün birlik yaradıblar. Onlar dərman, geyim və qida yığaraq ehtiyacı olanlara kömək etməyə çalışırlar.
.jpg)
Ən maraqlısı isə Çempionlar Liqası çərçivəsində keçirilən "Dinamo Zaqreb" - "Hapoel Bir Şiva" qarşılaşmasında Zaqrebdən olan azarkeşlərin matç zamanı qeyri-adi pankart açmasıdır. "Afina, təslim olma!" yazılı pankart hər kəsin rəğbətini qazanıb.
.jpg)
Adil Nəcəfov
Milli.Az