Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 kilometrlik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-360 kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR