Hövsanda çirkab suları birbaşa dənizə axıdılır.

Metbuat.az bildirir ki, bu barədə Oxu.Az-a ərazidə yaşayan vətəndaşlar şikayət məktubu göndərib.

Vətəndaş İlqar İsmayılov bildirib ki, artıq bir ildir ki, yaşayış olmayan şəxsi torpağının ərazisində yerin altından keçən çirkab su kollektoru problemlidir:

“Uzunluğu 100, diameti 2,5 metr olan kollektor xətti oğurlanıb. Çirkab suları birbaşa dənizə axıdılır”.

Vətəndaş qeyd edib ki, məsələ barədə aidiyyəti orqanlara müraciət etsə də, faydası olmayıb.