Növbəti mövsümə hazırlaşan "Səbail" müdafiə xəttini gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Kosta Rikanın "Deportivo Saprissa" klubunda çıxış edən braziliyalı Enrike Mauro Perillo ilə anlaşıb. 27 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanılacaq. Bu barədə klubun "facebook" səhifəsi də məlumat verib.

Enrike karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi klublarda çıxış edib.

Milli.Az