Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham edilərək həbs olunan rusiyalı Mariya Butina Rokfeller milyarderlər ailəsinin varisi, “American Conservative” jurnalının naşiri kiçik Corc Onil vasitəsilə ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələriylə əlaqədə olurdu.

Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, naşirin adı “Amerika vətəndaşı №2” kimi tanınan işdə çəkilir. Orada, xüsusi halda, qeyd deyilir ki, Butina amerikalılarla “dostluq şam yeməkləri”nin təşkil edilməsi ideyasını müzakirə edirdi. Onun fikrincə, bu, rusiyalıları siyasi cəhətdən aktiv amerikalılarla birləşdirməyə kömək edərdi.

ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, amerikalılardan biri bu ideyanı dəstəkləyib və 2017-ci ilin fevralında şam yeməyini təşkil edib. “The Wall Street Journal” qeyd edir ki, bu, məhz Onil idi. O, həmişə Rusiya ilə daha sıx əlaqələr haqqında ideyanı dəstəkləyirdi. Naşir şam yeməyində iştirak barədə 2017-ci ildə öz köşəsində yazırdı.

Sənədlərə əsasən, Butina “Amerika vətəndaşı № 2” işində deyib ki, Rusiyanın prezident administrasiyasının nümayəndəsi belə bir əlaqə kanalının formalaşmasını bəyənib.

“Bloomberg”in məlumatına görə, Onilə ünvanlandığı təxmin edilən öz məktublarında rusiyalı iddia edirdi ki, o, “dostluq şam yeməyi”nin təşkilində müəyyən müvəffəqiyyətə nail olmağı bacarıb. Xüsusi halda, o yazırdı ki, tədbirdə Kremlə yaxın “çox nüfuzlu” insanlar olacaqlar.

Nəşr bildirir ki, Butina şam yeməyindən sonra naşirə məktub yazıb. Orada bildirib ki, “əziz prezident” (Rusiya prezidenti Vladimir Putin –red.) onun Rusiya ilə bağlı diqqətli və konstruktiv yanaşması haqqında informasiyanı alıb. Məktubda həmçinin şam yeməyi üçün təşəkkür edilirdi.

Daha əvvəl KİV yazıb ki, Butina ABŞ-da respublikaçı hüquqşünas Pol Eriksonla “şəxsi münasibətlərə” malik idi. ABŞ-ın Ədliyyə Nazirliyinin fikrincə, rusiyalı hüquqşünasla şəxsi münasibətləri fəaliyyəti üçün “lazımlı aspekt” adlandırır və ümid edirdi ki, bu, ona Rusiyanın xeyrinə işi yerinə yetirməyə kömək edəcək.

Qeyd edək ki, Mariya Butina Vaşinqtonda iyulun 16-da saxlanılıb. İki gün sonra o, Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham edilərək həbs olunub.

ABŞ-ın Ədliyyə Nazirliyi hesab edir ki, Butina 2015- 2017-ci illərdə yüksək vəzifəli Rusiya məmuruna işləyirdi. İstintaqın məlumatına görə, Butinanı ABŞ-a Rusiyanın Mərkəzi Bankının direktor müavini, prezident Vladimir Putinin yaxın ətrafının nümayəndəsi göndərib. Məlumata görə, söhbət Aleksandr Torşindən gedir. O, daha əvvəl Rusiya parlamentinin deputatı idi, hazırda isə ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altındadır.

Rusiya agentinin Rokfellerin varisi ilə ŞOK ƏLAQƏLƏRİ – “Amerika vətəndaşı №2”

Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə OVSUNLADI? - “Agent 00Sex”in İNANILMAZ ƏMƏLLƏRİ - FOTO