Türkiyənin İzmir şəhərində əqli qüsurlu qız Y.Ö.-nü (25) zorlayan şübhəli E.B.-nin (32) ifadəsi qan dondurub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, E.B. bakirəliyni pozduğu qızı almaq istədiyini deyib:

"Əqli qüsurlu olduğunu bilirdim. Onunla evlənmək üçün bunu etdim".

E.B.-nin bu anlaşılmaz ifadəsi məhkəmədəkiləri dəhşətə gətirib.

Şübhəli sözlərinə belə davam edib:

"Y.Ö. mənə "Səninlə əvvəl-axır evlənəcəyik. Sənin qadının olmaq istəyirəm" dedi. Mən də necə olsa evlənəcəyik deyə qəbul etdim. Cinsi əlaqəyə girdik. Y.Ö.-nü zorlamadım".

Prokurorun 18 ilə qədər həbsini tələb etdiyi şübhəlinin məhkəmə prosesi təxirə salınıb.

Məhəmməd Vaqif
Milli.Az