"Eurovision -2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov xarici görünüşündə dəyişiklik edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu dəfə fərqli bir imic yaratmaq qərarına gəlib.
Belə ki, Eldar Qasımov saçlarını sarı rəngə boyatdırıb. Lakin ifaçının bu dəyişimi müzakirə mövzusuna çevirilib. İnstaqram-da bir çox səhifələr Eldarın yeni imiciylə bağlı paylaşımlar edib, müğənni sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub.
Milli.Az