Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, daha 30-a yaxın insan itkin düşmüş hesab olunur.

Qeyd edək ki, Afina yaxınlığındakı bir neçə bölgədə güclü meşə yanğını baş verib, Attikada fövqəladə vəziyyət elan olunub.

Yunanıstan prokurorluğu yanğının səbəblərinin araşdırılmasına başlayıb. Xilasedicilər komandaları itkin düşənlərin axtarışını davam etdirir.

Sübhan / METBUAT.az