Yunanıstanın Şərqi Attika bölgəsində tüğyan edən meşə yanğınlarında həlak olanların sayı 91 nəfərə çatıb. 25 nəfər itkin düşmüş hesab olunur.
Milli.Az European-a istinadən bildirir ki, həlak olmuş şəxslərin 59 nəfərinin kimliyi bəllidir. Yerdə qalan cəsədlər hələlik tanınmayıb.
Yanğınlarda 1000 ev külə dönüb.
Paytaxt Afinanın şərqindəki Mati qəsəbəsində isə əsl faciə yaşanıb. Bu qəsəbənin 83 sakini meşə yanğınlarında həlak olub. Matidə 190 nəfər müxtəlif ağırlıqda yanıq xəsarətləri alıblar.
Hazırda Matinin 55 sakini xəstəxanalardadır. Onların biri uşaqdır. 10 nəfərsə intensiv terapiya bölməsindədir.
Attikada fövqəladə vəziyyət, Yunanıstanda üçgünlük matəm elan olunub.
Yunanıstanın mülki müdafiə naziri Nikos Toskasın dediyinə görə, yanğınların qəsdən törədildiyi ehtimal olunur.
Bu gün Mati sakinlərinin yanğınlardan qaçaraq dənizə girdikləri və qorxu ilə gözlədikləri anların əks olunduğu videolar sosial şəbəkələrdə yayılıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: