Toy karvanında “avtoşluq” edən sürücü tutuldu

Qusar rayonunda toy karvanında avtoxuliqanlıq edən sürücü tutulub.

Metbuat.az avtosfer.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, artıq sürücü aşkarlanıb və barəsində müvafiq tədbir görülüb.

Məlumatda bildirilir ki, 21 iyul 2018-ci il tarixində Qədimov Məhəmməd Qulu oğlu idarə etdiyi 10 XO 038 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Qusar rayonunda keçirilən toy mərasimi zamanı avtoxuliqanlıq etdiyinə görə bu gün onun barəsində İXM-nin 511.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin protokola əsasən M. Qədimova məhkəmə tərəfindən 15 gün həbs verilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.

Rayon avtobuslarında gediş haqqı artırılır - ÖLKƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR