Səməd Səmədov
Müğənni
1988-günümüz
1 - Qızlar 2 – Bu dünyanın üzünə bax! 3 – Bakılı balasıyam, 4 – Sensiz qalan dünya, 5 – Sevgimiz, 6 – Taleyimə qurban olum, 7 – Yenə görüşərik
Yanmış körpülər (film, 2003) El içində (veriliş, 2007)
'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür .
40 ildir İradə xanımla ailəlidir. 5 nəvəsi var.
Ad,Soyad Səməd Səmədov
Yaş 17 Sentyabr 1946 (78 Yaş )
Doğulduğu yer Aşqabad
Vəzifə Müğənni, aktyor
Boy 172
Çəki 83
Yenilənmə tarixi 03-01-2017

1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub.

1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur.

1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin 'Qızlar' adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. Ona bu adı Azətbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır. Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüsser olduğu 'Ulduzlar Bağı'nda Səməd Səmədovun ad ulduzunun qoyulmuşdur. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür