Teymur Mustafayev
Müğənni
1964-günümüz
Aman gəlin, Aman ovçu, Apardı sellər saranı, Arzu qızım, Arzum budur, Aşıq mahnısı, Ay qız, Bacılar, Birdənəsən, Bu Ali, Cəlilabad, Dilkəş təsnifi, Dostlarım toplaşanda, Durna qatarı, Elçiliyə gəlmişik, Elə bəndəm, Getmə ay qız, Gözəl Vətənimdə, Gözəldir, Gülşənim, İnanma yar, İnsaf da yaxşı şeydir, İstəyirəm görəm səni, Kəhər at, Leyla qızım, Mahur təsnifi, Maralım, Mənəm, Mənimləsən, Məşəbəyi, Mübarək olsun, Muğana ceyran, Nazənin olsa, Nə qaldı, Neyçün gəlməz, O tənha kimdi, Onun nə vecinə, Oynasın, Qadan mən alım, Qonşular, Qurban olum, Şadlıq olsun, Sağlığında qiymət verin insanlara, Sarıköynək, Sədaqətim var, Segah təsnifi, Sən olmayanda, Sən sən, Sənin sözün
Teymur Əmi (film, 2002), Muğanın Sarvanı (film, 2002), Bitməyən ömür (film, 2013)
Azərbaycan Respublikasının Xalq Artisti
Oğlu Bakıxan Mustafayev 2007-ci ildə avtomobil qəzasında həlak olmuşdur.
Ad,Soyad Teymur Mustafayev
Yaş 11 Aprel 1939 (85 Yaş )
Doğulduğu yer Cəlilabad
Vəzifə Müğənni
Yenilənmə tarixi 03-01-2017

Teymur Mustafayev 10 aprel 1939-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.

Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir.

1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998 ci ildən Muğam Teatr-ında fəaliyyət göstərir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir.

Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.

"Qəti qorxusu yoxdu" sözü dillərdə əzbər olan xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayevin idarə etdiyi avtomobildə yanğın baş verib. Bakıxan Mustafayev qapını aça bilmədiyindən yanğın nəticəsində faciəli şəkildə dünyasını dəyişib. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində olub.