Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1976 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən professor) 1994 ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professoru-dur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
Xuraman Qasımova
Müğənni
| Ad, Soyad | Xuraman Qasımova |
| Doğum tarixi | 1951-06-06 |
| Doğulduğu yer | Bakı |
| Vəzifə | Müğənni |
| Yenilənmə tarixi | 1483473600 |
Fəaliyyət illəri
1976-günümüz
Mahnıları
Axşam mahnısı, Bağa girdim üzümə, Bazarda alma, Bu gecə, Gəlmədin, Küçələrə su səpmişəm, Qəmgin mahnı, Qızlar mahnısı, Qurban adına
Filmoqrafiya
Gələcəyin qurucuları (film, 1982),
Həyat bizi sınayır (film, 1972),
Kədərimiz... Vüqarımız... (film, 1998),
Kinorejissor Həsən Seyidbəyli (film, 2002),
Maestro Niyazi (film, 2007),
Mən ki gözəl deyildim (film, 1968),
Nəğməkar torpaq (film, 1981),
Qaraca qız (film, 1966)(film, kinoalmanax),
Silinməyən izlər... Tofiq Tağızadə (film, 2011),
Ürəkdən ürəyə (film, 2007),
Üzeyir ömrü (film, 1981),
Zəng (film, 1995)
Həyat bizi sınayır (film, 1972),
Kədərimiz... Vüqarımız... (film, 1998),
Kinorejissor Həsən Seyidbəyli (film, 2002),
Maestro Niyazi (film, 2007),
Mən ki gözəl deyildim (film, 1968),
Nəğməkar torpaq (film, 1981),
Qaraca qız (film, 1966)(film, kinoalmanax),
Silinməyən izlər... Tofiq Tağızadə (film, 2011),
Ürəkdən ürəyə (film, 2007),
Üzeyir ömrü (film, 1981),
Zəng (film, 1995)
Mükafatları
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı.Şöhrət və Şərəf ordeni laureatı.
Veb saytı
http://www.operadivas.info/
Şəxsi Həyatı
Opera müğənnisi Fidan Qasımovanın bacısıdır.
Top xəbərlər
Layihələr
Son xəbərlər
Ən bahalı oyunçular açıqlandı
Bu gün
·
08:25
Tramp və Putin razılığa gəldi
Bu gün
·
01:15
Elvin Əlizadəyə vəzifə verildi
Bu gün
·
00:34
Sami Yusufun Qarabağa həsr etdiyi əsər 5 ildən sonra yayımlandı - VİDEO
Bu gün
·
00:10
Yuxuya getməyi asanlaşdıran 7 qida
Dünən
·
23:55
Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı
Dünən
·
23:52
Güclü zəlzələ oldu - 9 ölkədə sunami xəbərdarlığı
Dünən
·
23:20
Türkiyədə hər il 27 min qadında süd vəzi xərçəngi aşkarlanır
Dünən
·
23:16
Məşhur adada böhran - Əhali təxliyə oluna bilər
Dünən
·
23:14
“Təhsil əsla hicaba qurban verilməməlidir” - Nigar Sabirqızı
Dünən
·
23:07
Mbappe "Real"dan ayrılmaq istəyir
Dünən
·
22:34
Bu ölkələrin məktəblərində dini geyim qadağandır - SİYAHI
Dünən
·
22:23
Dünyanın ən yaşlı heyvanı - 3 əsrdir yaşayır
Dünən
·
22:17
Tovuzda ildırım yaşayış binasına düşdü - FOTO
Dünən
·
22:15
Türkiyə millisində baş məşqçi dəyişikliyi
Dünən
·
22:03