
Ad,Soyad | Zahid Quliyev |
Yaş | 1 Yanvar 1961 (64 Yaş ) |
Doğulduğu yer | Cəbrayıl |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 06-01-2017 |
Zahid Quliyev 1961-ci ildə Cəbrayıl rayonunun Söyüdlü kəndində dünyaya gəlmişdir. Qarabağ muğam ənənələrinin davamçısı olmuşdur. Atası Aşıq Abdulla Qarabağın məşhur aşıqlarından idi, dastanları və muğamları böyük məharətlə ifa edirdi.
Professional musiqi təhsilini Zahid Quliyev Bakıda almış, 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbi-ni bitirmişdir. Sahib Şükürov , Nəriman Əliyev , Hacıbaba Hüseynov kimi muğam ustadlarından dərs almışdır. Həmin ildə o, Cabbar Qaryağdıoğlu adına respublika musabiqəsində II yerə layiq görülmüşdür.
1986-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Zahid Quliyev, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət Cabbar Qaryağdıoğlu adına muğam triosu yaradılır. Onlar konsert proqramları ilə dünyanın bir çox ölkələrində çıxış edərək , Azərbaycan muğamını dünyada yüksək səviyyədə təbliğ etmişlər.
Zahid Guliyev bir xanəndə kimi geniş diapozonlu , təmiz və zəngin tembrli səsə, muğam sahəsində dərin biliyə malikdir. Onun repertuarı genişdir. Xanəndənin ifasında “Şur”, “Mahur-Hindi”, “Çahargah”, “Bayatı-Şiraz”, muğam-dəstgahları radionun qızıl fondunda saxlanılır. Fransa və Hollandiyada onun ifasında muğam-dəstgahlardan ibarət bir neçə disk buraxılmışdır.
Son xəbərlər »

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib

Azərbaycan Ordusunda taktiki raket bölmələri ilə döyüş hazırlığı -

Bu ölkədə yeni neft və qaz ehtiyatı aşkarlandı

Nihat Məmmədli gürcüstanlı rəqibini məğlub etdi

Qurban Qurbanov erməni rəqibini

Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirildi

Prezident nəvələri ilə idmanda -

Şamaxıda zəlzələ oldu -

Gözlənilən görüş başladı
