Zülfiyyə Xanbabayeva
Müğənni
1988-günümüz
1999 - “Demirəm”, 1999 - “Gecikməyin Sevməyə”, 2000 - “Aləm Oyansın”, 2001 - “Sən Gedən Gündən”, 2002 - “Son Gecə”, 2003 - “Sənsiz”, 2003 - “Qəlbinə Yol”, 2004 - “Səninlə”, 2004 - “Azərbaycan”, 2005 - “Ayrılığa Dözərəm”, 2006 - “Gözümün Qarası”, 2006 - “Xatırla Məni”, 2007 - “Mənimsən”, 2010 - “Unut Getsin”, 2010 - “Nə Faydası”, 2013 - “Sən Azərbaycanlısan”, 2014 - “İki Doğma İnsan”
2000 Gecə, 2002 Sən Gedən Gündən, 2003 Qəlbinə Yol, 2004 Sənsiz, 2009 Dəniz
2000 Humay mükafatı İlin Ən Yaxşı Proyekti - “Aləm Oyansın”, 2001 Humay mükafatı İlin Ən Yaxşı Klipi - “Sən Gedən Gündən”, 2002 Humay mükafatı İlin Ən Yaxşı Konserti - Heydər Əliyev adına Sarayda solo konsert, 2012 Qrand Müstəqil Milli - İctimai Mükafatı - 2011 Estrada musiqisinə verdiyi əvəzsiz töhfələrinə görə, 2012 Qrand Müstəqil Milli - İctimai Mükafatı - 2011 İlin hit mahnısı - “Unut Getsin”
İfaçı "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.
Ad,Soyad Zülfiyyə Xanbabayeva
Yaş 16 Oktyabr 1967 (57 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 07-01-2017

Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbi bitirdikdən sonra 1985–ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub. 1988-ci ildə "Bakı Payızı-88" musabiqəsində iştirak edərək finala çıxıb. 1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda cıxış etməyə başlayır.

Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlamışdır. 1999–cu ildə ilk klipi – “Demirəm”, 1 il sonra ilk studiya albomu – “Gecə” işıq üzü görüb, eyni ildə ilk solo konserti ilə Respublika Sarayında çıxış edib. 2002 – ci ildə 2 – ci studiya albomu – “Sən Gedən Gündən” təqdim olunub. 2003 – cü ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb. Eyni ildə Azəbaycanda ilk dəfə kinolentə çəkilən “Qəlbinə Yol” klipi və eyni adlı 3–cü studiya albomu işıq üzü görüb. 2004–cü ildə 4–cü studiya albomu - “Sənsiz” işıq üzü görüb. 2005–ci ildə “Canım Məmləkətim” adlı turne layihəsi ilə Azərbaycanın ən böyük inzibati mərkəzlərində konsert proqramı ilə çıxış edib. 2008-ci il 17 sentyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xalq artisti adına layiq görülüb. 2009–cu ildə 5–ci studiya albomu – “Dəniz” işıq üzü görüb. 17 klipi, 5 studiya albomu var.