İlqarə Kazımova
Müğənni
1995-günümüz
Bir az sevgi, Ərəb Mahnısı, Parçalanmış arzular, Yenə yenə
Tam məxfi (film, 2004) filmində "İlqarə" rolunu canlandırmışdır.
2011-ci ildə "Eurovision 2011" seçim turlarına qatılmış, finala qədər irəliləmiş, finalda isə məğlub olmuşdur.
İlqarə Kazımova anası - Aygün Kazımova, atası - İlqar İbrahimov .İlqar İbrahimov və Aygün Kazımova 1989-cu ildə gizlicə ailə qururlar. 1990-cı ilin 7 oktyabr tarixində İlqarə İbrahimova dünyaya gəlir. Bir müddət sonra İlqar İbrahimov Aygün Kazımova ilə ayrılır. 2013-cü ildə İlqarə "İbrahimova" soyadından imtina edərək, anasının "Kazımova" soyadını götürür.
Ad,Soyad İlqarə Kazımova
Yaş 7 Oktyabr 1990 (34 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə müğənni, aktrisa
Yenilənmə tarixi 08-01-2017

İlqarə Kazımova anası - Aygün Kazımova, atası - İlqar İbrahimov .İlqar İbrahimov və Aygün Kazımova 1989-cu ildə gizlicə ailə qururlar. 1990-cı ilin 7 oktyabr tarixində İlqarə İbrahimova dünyaya gəlir. Bir müddət sonra İlqar İbrahimov Aygün Kazımova ilə ayrılır. 2013-cü ildə İlqarə "İbrahimova" soyadından imtina edərək, anasının "Kazımova" soyadını götürür.

5 yaşından mahnı oxumağa başlamışdır. Uzun müddət Aygün Kazımovanın konsertlərində çıxış etmişdir. 2011-ci ildə "Eurovision 2011" seçim turlarına qatılmış, finala qədər irəliləmiş, finalda isə məğlub olmuşdur.

İlk mahnısı Aygün Kazımova haqqında oxuduğu "Mənim Anam" mahnısıdır. Mahnının söz və musiqisi Xanım İsmayılqızına aiddir. Mahnıya klipi Ülviyyə Könül lentə almışdır. 2012-ci ildə Aligee (Əli Abbasbəyli) ilə birgə işi olan "Keep on, keepin' on" mahnısıdır.2014-cü ildə "Bir Az Sevgi" mahnısını ifa etmişdir. Mahnının sözləri Leyliyə, musiqisi Hakan Erola aiddir. 2015-ci ildə "Yenə Yenə" mahnısını ifa etmişdir. Mahnının musiqisi Sərxan Muradov, Orxan Bağırov , sözləri Sheyh Ree, Fərhad Köçərliyə aiddir. Mahnıya klipi Ömər Əbdülkərimov lentə almışdır.