Aygün Bayramova
Müğənni
1986-günümüz
Güllələnmiş heykəllər (film, 2002) Yeni həyat (2005)
2002-ci il dekabr ayının 24-də ""Azərbaycan Respubilkasının əməkdar artisti"",2005-ci ilin sentyabr ayının 16-da isə "" Azərbaycan Respubilkasının xalq artisti"" kimi fəxri adlarla layiq görülüb
heç vaxt ailəli olmayıb
Ad,Soyad Aygün Bayramova
Yaş 4 Avqust 1967 (57 Yaş )
Doğulduğu yer Ağdam
Vəzifə xanəndə, opera müğənnisi
Yenilənmə tarixi 22-12-2016

Bayramova Aygün Əliqulu qızı 1967-ci ilin avqust ayının 13-də Ağdam rayonunun Sarıhacalı kəndində dünyaya göz açıb.Orta təhsilini 8Nömrəli orta məktəbində alıb.Uşaq vaxtlarından ""Qarabağ Bülbülləri""ansamblına cəlb olunması onun ömür yolunu təyin edib.Bu ansamblın tərkibində dəfələrlə Bakə,Gəncə,Tbilisi,Moskva və başqa şəhərlərdə keçirilən ümumittifaq festival və müsabiqələrdə iştirak edən gənc xanəndə hər dəfə Ağdama ən yüksək mükafatlarla qayıdıb.Almaniyada keçirilən Beynəlxalq yaradıcılıq festivalının laureatı olub.Aygün xanıma daha iki böyükuğuru 1985-ci ildə qazanıb.Həmin ildə o,Respubilka həmkarlar ittifaqı komitəsinin keçirdiyi müsabiqənin laureatı oldu və A.Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul olundu. Daha sevincli günlər isə irəlidə idi.Uşaqlıqdan xəyallarında qurduğu sənət dünyasının ən uca zirvəsi hesab elədiyi Şövkət xanımın sinifində təhsil alacağını biləndə gənc Aygünün sevincinin həddi-hüdudu yox idi.Xalq və lirik planda yazılmış bəstəkar mahnılarımızın ən mahir ifaçılarından olan Şövkət xanım elə ilk gündən Aygünün səsini,ifaçılıq tərzini,ədəb-ərkanını bəyəndi və bu gəncisdedadın parlamsı üçün bilik və baçarığını əsirgəmədi.Bu məktəbə korifey sənətkarımızdan böyük sənətin dərinliklərinə baş vurmağı öyrənən Aygün Bayramova 80-ci illərin sonu,90-cı illərin əvvələrində sənət aləmində böyük sənətkarların meydan suladığı bir vaxtda bu aləmə inamlı addımlarla daxil oldu və böyük tamaşaçı auditoriyasının rəğbətini qazandı.1990-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Aygün dünya şöhrətili xanəndə,professor Hacı Arif Babayevin sinifinə düşdü.Bu gənc xanəndənin sənət taleyində doğan ikinci günəş idi.Şövkət Ələkbərovadan sonra Arif Babayevdən dərs almaq o demək idi ki,hər cür səs imkanlarına malik olan bu qızın qarşısında heç bir maneə duruş gətirə bilməz.Belə də oldu.Arif Babayev kimi ustad sənətkardan muğamlarımızın incəliklərini əxz edən Aygün Bayramova sənət dünyasında daha inamla irəliləməyə başladı və günbəgün yüksəlməyə başladı.Ən çətin muğamları,ən zil mahnıları ifa edən Aygün Bayramova 2001-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Bilet teatrna fəvət olundu və burada Leyli və Məcnun,Açıq Qərib və s.kimi məşhur operalarda baş rollarda oynamağa başladı.Azərbaycan xalq musiqisinin və muğamlarımızın incəliklərini və gözəlliklərini tamaşaçı qarşısında ən yüksək səviyədə nümayiş elətdirən Aygün Bayramova Azərbaycandan kənarda da dəfələrlə musiqimizin sevilib,qəbul edilməsi üçün əlindən gələni etmişdir.İngiltərə,Avstriya,İsveç,Almaniya,Hollandiya,Kanada,Türkiyə və s.ölkələrdə etdiyi uğurlu çıxışlar buna nümunədir.Azərbaycan xalq musiqisinin təbliği və inkişafı üçün əlindən gələni etməyə daim hazır olan bu gözəl xanəndə həm də gənc nəslə muğamlarımızı tədris edir.Yüksək ifaçılıq tərzi,böyük səhnə mədəniyyəti ilə seçilən Aygün Bayramova dövlət rəhbərliyinin də diqqətindən kənarda qalmayıb.O,Azərbaycan Respubilkası prezidentinin fərmanı ilə 2002-ci il dekabr ayının 24-də ""Azərbaycan Respubilkasının əməkdar artisti"",2005-ci ilin sentyabr ayının 16-da isə "" Azərbaycan Respubilkasının xalq artisti"" kimi fəxri adlarla layiq görülüb...