Şahnaz Haşımova
Müğənni
1971-günümüz
Sarı bülbül, Ay qara göz, Kesme şikəstə, Düşür yadıma, Bir könül sındırmışam
Azərbaycan Respublikasının xalq artisti (2000). 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Müğənni Aybəniz Haşımovanın bacısıdır.
Ad,Soyad Şahnaz Haşımova
Yaş 2 İyun 1957 (67 Yaş )
Doğulduğu yer Gəncə
Vəzifə Müğənni
Yenilənmə tarixi 10-01-2017

Q.Hüseynli adına Gəncə Musiqi Məktəbini bitirmişdir (1979). 1971-1973 illərdə bədii özfəaliyyət kollektivlərinin "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975-ci ildən "Göy-göl" xalq çalğı alətləri ansamblının (1977-ci ildən "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. 1997 ildən Gəncə Dövlət Filarmoniyasının direktorudur. Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağlan", və s.), muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Mirzə Hüseyn segahı, Şahnaz, Dəstgah və s.), Azərb. bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.

Şahnaz Haşımovanın respublikanın hüdudlarından çox-çox uzaqlarda milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. O,F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına bacarıqla rəhbərlik edir.

Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı,Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.

Ş.Haşımova bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olmuş, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda saysız-hesabsız lent yazıları qorunur və saxlanılır. Eyni zamanda rəhbərlik etdiyi kollektivlər AzTV və digər televiziya kanallarında çıxış edirlər.

Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivlərinin cəbhə bölgələrində, əsgərlər qarşısında, qaçqın və köçkünlər qarşısında dəfələrlə çıxışlarını təşkil etmiş, özü ifa etdiyi vətənpərvərlik mahnıları ilə onlarda yüksək əhvali-ruhiyyə yaradaraq, respublika Prezidentinin apardığı daxili və xarici siyasətin dəstəkləyicisi və təbliğatçısı olmuşdur.

Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşımova özünün yüksək səhnə mədəniyyəti, savadı, özünəməxsus ifa tərzi, şirin və məlahətli səsi, bir sıra gözəl insani keyfiyyətləri ilə çalışdığı kollektivin və xalqın sevimlisinə çevrilmişdir.

Ş. Haşımova 1985-ci ildə Əməkdar Artist, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2002, 2005, 2012-ci, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.