Ad,Soyad | Əlikram Bayramov |
Yaş | 22 Dekabr 1968 (56 Yaş ) |
Doğulduğu yer | Biləsuvar |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 10-01-2017 |
Əlikram Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvarın Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir və keşmə-keşli həyata atılır.
Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün, hər zaman züm-zümə edər və bununla da təsəlli tapar və digərlərini də sevindirərdi.
Böyüyüb boya başa çatan Əlikram, cavanlığını hədərə verməyərək, musiqi ilə yaxından tanış olmağa başlayır və öz musiqi qrupunu yaradaraq, xalqının ona rəğbət qazandıracağı mahnıları yazıb, bəstələyir. Nəhayət ki, "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır və xalqın sevimlisinə çevrilir.
Hazırda sənətini davam etdirməkdədir.
Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Klubunun müdiri vəzifəsində çalışır. 1989-cu ildən toy-şadlıq məclislərinə dəvətləri almağa başlayır.
1997 ci ildə Biləsuvar rayonunda Cəbrayıl Qaçqın şəhərciyində konsert zamanı Ümummilli lider Heydər Əliyevin nəzərindən qaçmayan Əlikram Bayramov, sonradan paytaxta yollanılır və bir çox bəstəkar və şairlərlə birgə iş birliyinə başlayır.
Professional səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir.
Və daha sonraları sevilən bəstəkarların yazdığı əsərləri ifa edərək, xalqın milli dəyərinə uyğun və xalqın sevimli mahnılarına çevirilən bir çox mahnıları yazır və bəstələyir.
Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır.