Namiq Qaraçuxurlu
Müğənni
1997-günümüz
1. Bu Gecə 2. De Kimə Bənzədi Bizim Sevgimiz 3. Rəvayət 4. Niyə Belə Oldu 5. Yollarına Güllər Düzüm (ft. Xəyyam) 6. Son Rəvayət 7. Cavanlıq Səhvi (duet Könül Kərimova) 8. Sevdi Ürək (duet Aygün Kazımova) 9. Məzəli Mahnı (duet Aygün Kazımova) 10. Sevir (duet Aygün Kazımova) 11. Yumuram Gözlərimi 12. Yenə Qış Gəldi 13. Yaşıyırsan 14. Xəbərin Yoxdu Sənin 15. Söz Vermişdin 16. Son Rəvayət II 17. Söhbət Edirdi 18. Şair Bilir 19. Səssiz Səmirsiz 20. Səni Xatırlar 21. Sənətçiyə Diqqət 22. Sənə Nə Eylədim 23. Rəvayət 24. Qısqanıram 25. Qəzəl 26. Qalasan Ağlaya-Ağlaya 27. Papanın Gül Balası 28. Öyrədə Bilsən 29. Ötən İllər 30. Ölürəm Yar 31. Nədir 32. Nədi Fikrin De Görüm 33. Nazın Məni Yandırır 34. Murad 35. Meyxana 36. Mənim Deyil 37. Məktəb 38. Kosa 39. Kasıb 40. İstədə Bilsəm 41. İki Cavanlar 42. Həsrətin Üzür Məni 43. Fəhlə Baba 44. Ehtiyacım 45. Dözmür Ürək 46. Dözmədi Qəlbim 47. Dini 48. Dedim Birdən 49. Çıxdın Getdin 50. Çəkirəm Əzab 51. Bu Məhəbbət 52. Bu Gözəl 53. Bu Gecə 54. Baş Əyirəm 55. And İçmişdik 56. Xəzər Lənkəran (ft. Xəyyam, Ələkbər Yasamallı, Fariz, Cəlil) 57. Onu Bağışlamaq Olarmı 58. Möcüzə 59. Vətən 60. Sən Mənim Nəfəsimsən 61. Getmək Üçün Gəlmisən 62. Bu Necə Taledir (Solo) 63. Olmur 64. İlk Və Son 65. Zəng Çalınanda 66. Ты Грустишь (ft. Aysel Əlizadə) 67. Məryəm 68. Zaman Ötür 69. Şəkərim 70. Soyuqdur 71. Onu Bağışlamaq Olarmı (ft. Sevil Sevinc)
Toy gecəsi (teleserial, 2013)
1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.
Rəsmi şəkildə 3 dəfə ailə həyatı qurub. Keçmiş həyat yoldaşı Solmaz Şükürova ilə evliliyində 2 oğlu dünyaya gəlib. Daha sonra müğənni 7 il Aygün Kazımova ilə vətəndaş nikahında olmuş və ayrılmışdı. 2015-ci ildə müğənni 3-cü dəfə ailə həyatı qurmuş və bu evlilikdən 2016-cı ildə qız övladı dünyaya gəlib. N.Qaraçuxurlu qızına Sara adını qoyub.
Ad,Soyad Namiq Qaraçuxurlu
Yaş 8 Noyabr 1982 (42 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə meyxanaçı, müğənni.
Boy 187
Çəki 80
Yenilənmə tarixi 13-01-2017

Namiq Qaraçuxurlu 8 noyabr 1982-ci ildə Qaraçuxur qəsəbəsində anadan olmuş, elə həmin qəsəbədə 104 nömrəli orta məktəbi bitirmişdir.

İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.

Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur.