Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideyinləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu - mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası - Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-ci ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur. 1994-cü ildə "Çardaş" əsərini (Monti) kanonda ifa edib buna klip də çəkdirir. Daima yenilik etməyi xoşlayan Rəşad artıq solist kimi çalışmağa başlayır. Və 1997-ci ildə "Bakı-Raks" Birgə Müəssisəsi ilə "Anaram səni" albomunu hazırlayıb ərsəyə gətirir. Bu albomda o, nostalji mahnıları ifa edir. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rejissorluq fakültəsini bitirən musiqiçi Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində rejissor kimi də fəaliyyət göstərir. 2001-ci ildə Rəşad ailə həyatı qurmuşdur. 2012-ci ildə "Mənə əllərini ver" adlı klip çəkdirmiş və onun təqdimat mərasiminin keçirmişdir. 2013-cü ildə Misirə qastrol səfərinə yollanmışdır. Qastrol zamanı "Nil" televiziyasında verilişlərin birində iştirak etmişdir.
Rəşad İlyasov
musiqiçi
| Ad, Soyad | Rəşad İlyasov |
| Doğum tarixi | 1974-11-01 |
| Doğulduğu yer | Bakı |
| Vəzifə | musiqiçi |
| Yenilənmə tarixi | 1484251200 |
Fəaliyyət illəri
1990-günümüz
Mahnıları
Ay gözəlim, Bəsimdi, Gözlər, Həsrət nəğməsi, Həyat sevgisi, İnanmam sənə (Palavra), İnsaf da yaxşı şeydi, Məni tək sevən olmaz, Qəlbimin yağışları, Sən gəlmədin, Sensizlik, Sevgi deyilmiş, Sonsuz uzaqlara, Söylədi yox-yox, Taleyim mənim
Şəxsi Həyatı
Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakıda ziyalı ailәsindә anadan olub. Valideyinlәri musiqiçi olmasa da, atası Mirzə İlyasov, mühәndis olub. Anası - bir neçə ay öncə dünyasını dəyişmiş Zərifə Eyvazova isə Azәrbaycan Dövlәt Teleradio şirkәtindә jurnalist kimi çalışıb.
Onun xalası - Şәfiqә Eyvazova Azәrbaycanın xalq artisti, kaman ustası, dayısı Yasәf Eyvazov isә ud ifaçısıdır.Rəşad İlyasov 2001-ci ildə Gülnarə adlı xanımla ailə həyatı qurub.
Gülnarə xanımı toylardan birində görən müğənni həyat yoldaşına ilk baxışdan vurulub. Sonradan isə qohumluq əlaqələrinin olduğu üzə çıxıb.
Cütlüyün Mirzə və Leyla adlı övladları var.
Onun xalası - Şәfiqә Eyvazova Azәrbaycanın xalq artisti, kaman ustası, dayısı Yasәf Eyvazov isә ud ifaçısıdır.Rəşad İlyasov 2001-ci ildə Gülnarə adlı xanımla ailə həyatı qurub.
Gülnarə xanımı toylardan birində görən müğənni həyat yoldaşına ilk baxışdan vurulub. Sonradan isə qohumluq əlaqələrinin olduğu üzə çıxıb.
Cütlüyün Mirzə və Leyla adlı övladları var.
Top xəbərlər
Layihələr
Son xəbərlər
Tramp və Putin razılığa gəldi
Bu gün
·
01:15
Elvin Əlizadəyə vəzifə verildi
Bu gün
·
00:34
Sami Yusufun Qarabağa həsr etdiyi əsər 5 ildən sonra yayımlandı - VİDEO
Bu gün
·
00:10
Yuxuya getməyi asanlaşdıran 7 qida
Dünən
·
23:55
Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı
Dünən
·
23:52
Güclü zəlzələ oldu - 9 ölkədə sunami xəbərdarlığı
Dünən
·
23:20
Türkiyədə hər il 27 min qadında süd vəzi xərçəngi aşkarlanır
Dünən
·
23:16
Məşhur adada böhran - Əhali təxliyə oluna bilər
Dünən
·
23:14
“Təhsil əsla hicaba qurban verilməməlidir” - Nigar Sabirqızı
Dünən
·
23:07
Mbappe "Real"dan ayrılmaq istəyir
Dünən
·
22:34
Bu ölkələrin məktəblərində dini geyim qadağandır - SİYAHI
Dünən
·
22:23
Dünyanın ən yaşlı heyvanı - 3 əsrdir yaşayır
Dünən
·
22:17
Tovuzda ildırım yaşayış binasına düşdü - FOTO
Dünən
·
22:15
Türkiyə millisində baş məşqçi dəyişikliyi
Dünən
·
22:03
“Bir baş məşqçi kimi 2 xal itirdim” - Vernidub
Dünən
·
21:59