Ad,Soyad | Aygün Bəylər |
Yaş | 22 Avqust 1975 (49 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni |
Boy | 150 |
Çəki | 54 |
Yenilənmə tarixi | 24-12-2016 |
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.
İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk professional çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.
1995 ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
1998 ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Əməkdar Artist fəxri adına layiq görülür.
2005 ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun H. Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olur.
Bu dövrdən başlayaraq, 2005 – 2010 illər arası Aygün H. dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. Bu zaman kəsiyində bir çox ölkələrin folk musiqisiylə, eləcə də, Şərq ölkələrinin muğam sənətiylə yaxın ünsiyyət Aygünün musiqiyə baxışında müəyyən dəyişmələrə səbəb olur və müəllimi Elxan Müzəffərovla bununla bağlı fikirlərini bölüşür. Böyük muğam bilicisi olan Elxan müəllim məsləhət görür ki, əgər sən bu suallara cavab tapmaq istəyirsənsə, o zaman Niyazinin “ Rast”, Fikrət Əmirovun “ Şur”, “ Kürd – Ovşarı”, “ Gülüstan – Bayatı- Şiraz” sifonik – muğamlarına müraciət elə , sullarına bütün cavablar orda var. Bunun nəticəsi olaraq Aygün H. “Humayun” muğamının üzərində simfonik – muğam yazmaq istəyi ilə 2010 ildə yaradıcılıq axtarışlarına başladı. Amma bu yaradıcılıq axtarışları zamanı ona aydın oldu ki, arzusuna yetmək üçün yenə də təhsil almaq lazımdır , bu dəfə artıq, bəstəkarlıq peşəsi üzrə. Ona görə də , 2012 ildə Aygün Azərbaycan dövlət musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakultəsinə daxil olur.Hal – hazırda təhsilini başa vurmaq üzrədir. Yaradıcılıq axtarışları isə davam edir, yenilik həvəsi daha bir lahiyənin ortaya çıxmasına vəsilə oldu. 2013 ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün H. “ Yenə o bağ olaydı” adlı müəllif proqramıyla efirə çıxır. Bu proqramda Aygünün amalı özünün bu günki musiqi ilə bağlı düşüncələrini, duyumunu, bu sənətin böyük dühalarının yaratdıqlarına söykənərək yeni bir dünyagörüşünü təqdim etməkdir.