Murad Dadaşov
Aktyor
1993-günümüz
Milli bomba (film, 2004),Çətin yol (film, 2006), Bir dəfə Qafqazda (film, 2007), Halal pullar (film, 2008), Qorxma, mən səninləyəm! 1919 (film, 2014)
Azərbaycan Respublikasının Əməkdar Artisti (2014)
2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Üç övladı var: Dadaşov Kamal Murad oğlu (20.11.2001). Dadaşov Əli Murad oğlu (14.03.2005). Dadaşov Ziya Murad oğlu (03.12.2010).
Ad,Soyad Murad Dadaşov
Yaş 21 Dekabr 1978 (46 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə teleaparıcı, kreativ teleprodüser, aktyor,
Boy 170
Çəki 110
Yenilənmə tarixi 14-01-2017

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı ixtisasca musiqiçidir, fortepiano müəlliməsidir. Qardaşı Dadaşov Fərid Əli oğlu “KOKON” yaradıcılıq agentliyinin təsisçilərindən biridir. Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir.

O 1985-1995-ci illərdə Bakı şəhərindəki 160 saylı orta məktəbdə təhsil alıb.

20-ci əsrin sonları Azərbaycan gəncliyinin inkişafında rolu olan “Bakılı oğlanlar” ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrnda böyük və peşəkar səhnəyə gəlib.

Murad Dadaşov "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun növbəti konsertindən sonra Ümummilli liderimiz Heydər Əliyevlə görüş zamanı.

2000-ci ildə isə “Bakılı oğlanlar” komandası “20-ci əsrin çempionları” tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

Universitetdə təhsil aldığı müddətdə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdür müavini vəzifəsində çalışıb. (1999-2002)

Televiziyada ilk fəaliyyətinə 90-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada “Bakılı oğlanlar” ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər “Bir Cənub şəhərində” adlı layihə hazırlayıb.

90-cı illərin sonlarında isə Space televiziyasında “Road Master” adlı layihənin aparıcısı olub.

2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində Baş Prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda həmin dövrdə bu kanalda yayımlanan “Yeriniz Məlum” adlı gündəlik şou proqramın müəllif və aparıcısı olub.

2003-cü il fevralın 7-də MGP (M Group Production) şirkətini təsis edib. Burada 2008-ci ilədək Baş Direktor vəzifəsində olub.

2003-cü ildə Lider telekanalında MGP (M Group Production) şirkətinin ilk layihəsi olan “Mərc şou”, 2005-ci ildə isə həmin telekanalda “Maşın” realiti şousu efirə gedib. Hər iki layihənin müəllif və aparıcısı Murad Dadaşovdur.

2008-2010-cu illərdə “Lider Media Holdinq” - Lider televiziyasında Baş prodüser vəzifəsinə təyin olunub.

2010-cu ildən bu günə qədər MGP (M Group Production) şirkətinin Prezidentidir.

MGP (M Group Production) hər bir layihənin işlənməsinə bütün yaradıcı gücünü və potensialını cəlb edir. Təqdim etdiyi ideyalarda novator metodlara əsaslanaraq, maraqlı tendensiyalar tətbiq etməklə şirkət hər zaman aktuallığını saxlayır.

"Bakı 2015" Avropa Oyunlarının su idman növləri üzrə ulduz səfiri Murad Dadaşov idi.

Murad Dadaşov son illər müasir teleməkanda yayımlanan bir çox layihələrdə peşəkar ekspert və münsif qismində iştirak edir. Belə ki, 2004- 2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında “Yeni Ulduz” musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən “Beş ulduz. İntervidenie 2008” (Пять звезд. Интервидение 2008) mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada “Böyük Səhnə” vokal şousu və 2015-ci il Azad Azərbaycan ( ATV) telekanalında yayımlanan “Özünü Tanıt”( Got Talent) istedad müsabiqəsinin münsiflər heyyətində təmsil olunub.

2000-ci ildə “Bakılı oğlanlar” komandası “20-ci əsrin çempionları” tituluna sahib oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2014-cü il 18 dekabr tarixli sərəncamına əsasən “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Murad Dadaşov Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Murad Dadaşov ölkənin ictimai-siysai, mədəni həyatında da yaxından iştirak edir. O, 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri i