Aynişan Quliyeva
Müğənni
2010-günümüz
Bambaşka Biri, Biliyorsun, Morning, Sevgimi Bu (Bir İstanbul Gecəsi), Take Me, Gəl Ey Səhər, Son Dəfə (ft Adil Baxışlı)
2011 Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turları, "Slavyanski Bazar"
Müğənni Aybəniz Haşımovanın qızıdır. Müğənni Şahnaz Haşımovanın bacısı qızıdır. "Vətən uğrunda" medalı laureatı Xalid Quliyevin qızıdır.
Ad,Soyad Aynişan Quliyeva
Yaş 21 Mart 1991 (33 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 19-01-2017

Aynişan Xalid qızı Quliyeva - 1991-cu ildə Bakı şəhərində anadan olub. Atası Quliyev Xalid Hüseynxan oğlu hərbiçi, anası Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova isə müğənnidir. 1992-ci ildə Qarabağda gedən döyüşlərdə Aynişanın atası vətən uğrunda şəhid olub. Buna baxmayaraq hələ uşaq yaşlarından Aynişan anası ilə birlikdə musiqi ilə məşğul olub. Anası Aybəniz Haşımovanın rəhbərliyi altında "Bülbüllər" musiqi kollektivində solist çalışıb, Azərbaycanı beynalxalq müsabiqələrdə təmsil edib.

2010-cu ildə 2010 Avroviziya Mahnı Müsabiqəsinin seçim turlarına qoşulan Aynişan sonradan iştirakdan imtina edir. Buna baxmayaraq 2011-ci ildə Aynişan Quliyeva 2011 Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarına qoşulur və 5-ci qrupda 25 min səslə birinci yeri tutur. Bu göstərici isə ikinci yarımfinala adlamış digər iştirakçıların nəticələrində 40% yüksək idi. İkinci yarımfinalda 9 iştirakçı arasında Aynişan Quliyeva Eldar Qasımov, Nigar Camal, İlqarə İbrahimova və İlhamə Qasımova ilə birlikdə finala keçir. Lakin yalnız finalda məğlub olur.

Bundan sonra Aynişan Quliyeva Adil Baxışlı ilə birlikdə duet yazdırır. 2011-ci ilin iyul ayında isə Azərbaycanı Belarusiyanın Vitebsk şəhərində keçirilən "Slavyanski Bazar" yarışmasında təmsil edib. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu festivalda ölkəsinə mükafatla qayıdan 9 nəfərdən biri olub. "Bell Telecom"da 60 min nəfərin səsverməsi nəticəsində "Simpatiya" nominasiyasını alıb.