
Ad,Soyad | Abbas Əhməd |
Yaş | 26 Avqust 1960 (65 Yaş ) |
Doğulduğu yer | İrəvan |
Vəzifə | aktyor |
Yenilənmə tarixi | 19-01-2017 |
Qəhrəmanov Abbas Əhməd oğlu 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino Aktyoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor, bu sənət ocağında Mərvan, Qoşqar (Bəxtiyar Vahabzadə "Fəryad", "Cəzasız Günah"), Rasim (K.Kərimov "Cahargah Fantaziyası"), Çinar (Q.Rəsulov "Qarabağ Əfsanəsi"), Aparıcı ("Məlik Məmməd"), Rasim (Şıxəli Qurbanov "Əcəb İşə düşdük"), Ər (R. "Müəmmalı Bir Qətlin Üç Versiyası"), Məmmədxan (İlyas Əfəndiyev "Hökmdar və Qızı"), İsgəndərzadə (Elçin "Ah Paris…Paris…"), Şöhli Məlik (Nəbi Xəzri "Burlaxatun"), Sahil (Əli Əmirli "Köhnə ev"), Aparıcı ("Şıltaq Şahzadənin Nağılı"), Andronik (Ramiz Novruz "Hələ "Sevirəm" Deməmişdilər"), Durmişxan (O.İoseliani "Kaş Araba Aşmayaydı") və s. tamaşalarda rəngarəng rollar oynamışdır.
Aktyor bir sıra televiziya tamaşalarında da çəkilmişdir. Bunlardan "Nişan Üzüyü"ndə Şahin, "Mənim Günahım"da Xansu, "6 №-li palata"da Ragin, "Yurd Yeri"ndə 3-cü qardaş, "Dədəm Qorqudun Kitabı"nda Boğacxan, "Hədiyyə"də Rasim tamaşalarındakı rolarını qeyd etmək olar.
Son xəbərlər »

EIB Azərbaycana investisiyaların həcmini açıqladı

ABŞ Panama kanalını geri alacaq -

Çin ABŞ-nin həmləsinə sərt cavab verdi

Əzizağa Quliyev vəfat etdi -

Netanyahu ABŞ səfərindən əliboş qayıtdı -

Azərbaycan millisi Monteneqro ilə heç-heçəyə razılaşdı

ABŞ bu ölkəni bombaladı

Sabiq deputatın qızı anasını axtarır -

Toy görüntüsü müzakirəyə səbəb olan ailə
