Acun Ilıcalı
Jurnalist
1995-günümüz
"Acun Firarda" (2002), "Fear Factor" (2004-2006), "Var mısın Yok musun" (2007-2010), "Yoksa Rüya mı?" (2007-2008), "Söyle Söyleyebilirsen" (2008-2014), "Yetenek Sizsiniz Türkiye" , "Yok Böyle Dans" (2010-2011), "O Ses Türkiye" , "Survivor Türkiye"
Altın Kelebek Ödülü, Altın Arılar Ödülü
acunn.com acunmedya.com
1988-ci ildə Seda Başbuğ ilə evlənmişdir. İlk evliliyindən Banu adında bir qızı olmuşdur. 1993-ci ildə Seda Başbuğ ilə ayrılmışdır. 1999-ci ildə çıxarılan əvəzli əsgərlik qanunuyla 5.000 Alman markası ödəyərək 2000-ci ildə 30 günlük əsgərlik xidmətini tamamlamışdır. 2003-ci ildə Zeynep Yılmaz ilə evlənmişdir. Bu evliliyindən Yasemin və Leyla adlarında iki qızı olmuşdur. 2010-ci ildə Şeyma Subaşı ilə bir əlaqəsi olduğu iddia edilmişdir. 2013-ci ildə Şeyma Subaşı ilə olan evlilik xarici əlaqəsindən Melisa adında bir qızı olmuşdur. 12.07.2016 tarixində yoldaşı Zeynep Yılmaz'dan razılaşmalı olaraq boşanmışdır.
Ad,Soyad Acun Ilıcalı
Yaş 29 May 1969 (55 Yaş )
Doğulduğu yer Edirne, Türkiye
Vəzifə jurnalist, aparıcı
Boy 182
Çəki 79
Göz rəngi Tünd qəhvəyi
Saç rəngi qara
Təhsil
Yenilənmə tarixi 30-01-2017

Acun Ilıcalı 1969 tarixində Ədirnədə dünyaya gəldi. Lisey təhsilini İstanbulda tamamladıqdan sonra, Universitetin İngilis dili müəllimliyi ixtisasına qəbul olundu. Lakin məktəbi yeddi ildə bitirə bilmədi və yarıda buraxdı. Hələ 19 yaşındaykən Seda Ilıcalı ilə evləndi. Bu evlilikdən Banu Ilıcalı adını qoyduqları bir qız uşaqları dünyaya gəldi. Qızı 1 yaşına gəlmədən ana və atası yol qəzasında vəfat etdi.

1995-ci ildə öz cins dükanını açdı. Ancaq ticarətdə müvəffəqiyyətli ola bilmədi və dövrün məşhur idman spikeri İlker Yasin ilə tanış oldu. Eyni zamanda rejissorluq edən İlker Yasin, Acun İlicalını işə götürdü və futbolçularla müsahibə etməsini istədi. Ardından Show TVdə televole proqramına keçdi və Şansal Büyüka'nın ən yaxşı işçilərindən biri olmağı bacardı.

2005-ci İldə Acun Media adıyla öz şirkətini qurdu. Etdiyi yarışma proqramlarının da eyni zamanda aparıcılığını boynuna götürdü. Eyni il Türkiyədə vergi rekordçusu oldu. Son olaraq 2013-ci ildə Tv8 kanalını satın aldı.