Ad,Soyad | Eser Yenenler |
Yaş | 14 Fevral 1984 (40 Yaş ) |
Doğulduğu yer | Bursa / Türkiyə |
Vəzifə | aktyor, aparıcı |
Boy | 183 |
Çəki | 90 |
Göz rəngi | qəhvəyi |
Saç rəngi | qara |
Təhsil | Marmara Universiteti İdarəçilik ixtisası |
Yenilənmə tarixi | 06-02-2017 |
Əsər Yenenler, 14 Fevral 1984 tarixində Bursada dünyaya gəlmişdir. 11 yaşında teatra başladı. İlk və orta məktəbi Bursa da oxudu, Liseyi isə Bursa Qazi Anadolu Liseyində oxumuşdur. Daha sonra da Marmara Universiteti İdarəçilik bölümündən məzun olmuşdur. İki bacısı var. 6 yaşındaykən atası vəfat etmişdir.
Əsər Yenenler, hər il "Çakırkeyf" adlı rok qrupu ilə liseyin məzuniyyət mərasimində iştirak edir.
Sırasıyla Bursa Bələdiyyə Gənclik Teatrında, Bursa Dövlət Teatrında, İstanbul Akademiya Hayat'ta və son olaraq 2006-ci ildə Yılmaz Ərdoğanın idarə etdiyi BKM (Beşiktaş Mədəniyyət Mərkəzi) Mutfakta iştirak etdi.
BKM Mutfak aktyorlarının hazırladığı Çok Güzel Hareketler Bunlar adlı əyləncə proqramında aparıcılıq, yazıçılıq və aktyorluq etdi.
2003-ci ildə ilk televiziya təcrübəsi olan rejissorluğunu Qüdrət Sabancının etdiyi və baş rollarını Sanem Çelik, Nejat İşler, və Halit Ergençin paylaşdığı Aliye serialında Azad xarakterini canlandırmışdır. Bir dövr Star TVdə Eyvah düşüyorum adlı yarışma proqramını təqdim etmişdir.
2013-ci ildə yeni mövsüm "Yetenek Sizsiniz Türkiye" qabiliyyət yarışmasında Sergen Yalçının yerinə münsif vəzifəsinə başladı. Ertəsi il də Acun Ilıcalı'nın hazırlayıb təqdim etdiyi Yetenek Sizsiniz Türkiyənin 2014-2015 mövsümündə Acun Ilıcalı, Özgü Namal və Murat Boz ilə birlikdə münsif olaraq vəzifə yerinə yetirmişdir.
2014-ci ildə "Kim Milyoner Olmaq İstər" adlı proqramı Kenan İşığın yoxluğunda qonaq aparıcı olaraq təqdim etdi.