Amine Gülşe
Aktyor
2014-günümüz
2015 - Asla Vazgeçmem (Nur) (serial)
“Miss Turkey” (2014), Miss World (2014)
Miss Turkey 2014 birincisi
Buğa
Ad,Soyad Amine Gülşe
Yaş 30 Aprel 1993 (31 Yaş )
Doğulduğu yer Göteborg / İsveç
Vəzifə aktrisa, model
Boy 178
Çəki 54
Göz rəngi Tünd yaşıl
Saç rəngi qəhvəyi
Təhsil İnternational High School Of The Guthenburg Region
Yenilənmə tarixi 06-02-2017

2014-ci ilin "Miss Turkey" gözəllik yarışması birincisidir.

Amine Gülşe, 1993-ci ildə İsveçdə dünyaya gəlmişdir. Atası İraq Kerküklüdür. Atası Qalatasarayda disk atıcısıyken İsveçə transfer olduqdan sonra orada məskunlaşmışlar. Amine Gülşe də bu səbəblə İsveçdə doğulub. Lisey təhsilini İsveçdə İnternational High School Of The Guthenburg Regionda tamamladı.

2013-ci ildə böyük qardaşı və işlərindən ötəri atasını İsveçdə tek qoyaraq anası ilə birlikdə İzmirə gələrək yerləşdi.

Müsabiqəyə İzmirdən qatılaraq 2014-ci ildə "Miss Turkey" gözəllik yarışması birincisi oldu. Star tv.də göstərilən Elidor Miss Turkey yarışmasını Kadir Doğulu və Yasemin Allen birlikdə təqdim etdi. 1. olan Amine Gülşe Türkiyəni Miss World (Dünya Gözəllik) yarışmasında təmsil etdi. 14 dekabr 2014 tarixində Londonda keçirilən Miss World Gözəllik yarışmasında dərəcəyə girə bilmədi, Birinci Cənubi Afrika Respublikası gözəli Rolene Strauss oldu.

Amine gülsə, dünyaca məşhur rus maniken İrina Shayka bənzəməkdədir.

2015-ci ildə "Asla Vazgeçmem" adlı serialda Tolgahan Sayışman və Şafak Pekdemir ilə birlikdə baş rolda oynamışdır.