Ad,Soyad | Aslı Enver |
Yaş | 10 May 1984 (40 Yaş ) |
Doğulduğu yer | London, İngiltərə |
Vəzifə | Aktrisa |
Boy | 168 |
Çəki | 54 |
Göz rəngi | qəhvəyi |
Saç rəngi | Açıq qəhvəyi |
Təhsil | İstanbul Haliç Universiteti Teatr ixtisası |
Yenilənmə tarixi | 07-02-2017 |
Aslı Enver, 10 May 1984 tarixində Londonda ailəsinin ikinci uşağı olaraq dünyaya gəlmişdir. Bir böyük qardaşı bir bacısı var. Tekstilci Atası bir Kipr Türküdür. Anası Dilek xanım təhsil üçün Türkiyədən Londona getdiyində atasıyla orada tanış olub evlənmişdir. Aslı Enver 1996-ci ilə qədər 12 yaşındaykən ailəsiylə birlikdə Londondan İstanbula köçmüşdür.
Pera Gözəl Sənətlər Liseyini bitirdikdən sonra İstanbul Haliç Universitetinin ixtisasından məzun olmuşdur.
2003-ci ildə "Həyat Bilgisi" adlı serialda oynadı, 2007-ci ildə Kanal D'də göstərilməyə başlayan "Kavak Yelleri" adlı gənclik serialında baş rol Mine Ergun xarakterini canlandırdı. Aslı Enver, 2007 - 2011-ci illər arasında "Kavak Yelleri" adlı serialda İbrahim Kendirci, Dağhan Külegeç, Pelin Karahan, Sarp Apak ilə birlikdə baş rolda oynadı.
2012-ci ildə yenə baş rolda "Suskunlar" serialında oynadı. 2013-ci ildə də "İtkin" serialında və "OK Mıyız?" Kino filmində oynadı.
Aslı Enver, oynadığı kinosu və seriallardan başqa; Yapı Kredi, maviyesil, Lescon və Molped reklamlarında rol almışdır.
Aslı Enver, 13 iyul 2012 tarixində oyunçu Birkan Sokullu ilə evləndi.
Aslı Enver, 2014-ci ildə "Bana Artık Hicran De" adlı serialda; Buğra Gülsoy, Alican Yücesoy, Şebnem Hassanisoughi ilə baş rol aktyorluğunu boynuna götürmüşdür.
2016-cı ildə Kış Güneşi adlı proektdə yer aldı.