
Ad,Soyad | Pelin Karahan |
Yaş | 12 Oktyabr 1981 (44 Yaş ) |
Doğulduğu yer | İstanbul, Türkiyə |
Vəzifə | Aktrisa |
Boy | 161 |
Çəki | 54 |
Göz rəngi | Mavi |
Saç rəngi | Tünd qəhvəyi |
Təhsil | Eskişehir Anadolu Universitetinde Turizm İdarəçilik ixtisası |
Yenilənmə tarixi | 07-02-2017 |
Vildan Pelin Karahan, 6 oktyabr 1984 tarixində Ankarada dünyaya gəlmişdir. Atası Bayram Ali Karahandır.
Ankara Arı Kollecində İbtidai məktəbində oxudu. Orta məktəbi Ankara Gaziosmanpaşa İbtidai Məktəbində və Ödəmiş İbtidai Məktəbində bitirdikdən sonra Ankara Sokullu Mehmet Paşa Liseyindən məzun oldu. Eskişehir Anadolu Universitetində Turizm İdarəçilikdə oxudu. Məktəb bitincə İstanbula gəldi İnteraktiv reklam xidməti verən bir şirkətdə müştəri və xalqla əlaqələrdə çalışdı.
Eyni zamanda manken Neşe Erberkin Erberk Ajans'sına qəbul oldu. Demirdöküm reklam filmi ilə reklam çəkilişlərinə başladı. Daha sonra Nestle Kit-Kat, Coca Cola Light, Ülkər Royal Golf, Yedigün, Carrefour, Penti, Komil Şampun, İpana reklam filmlərində də oynadı.
Pelin Karahan, 2007 - 2011-ci illər arasında "Kavak Yelleri" adlı serialda İbrahim Kendirci, Dağhan Külegeç, Aslı Enver, Sarp Apak ilə birlikdə baş rolda oynadı.
2011-ci ildə Media və İncəsənət Mükafatlarından, Kavak Yelleri serialındakı rolu üçün "Ən Müvəffəqiyyətli Qadın Seriallar Oyunçusu" mükafatını qazanmışdır.
Pelin Karahan, 2012-ci ildə də "Muhteşem Yüzyıl" serialında Mihrimah Sultan xarakterini canlanmışdır. Rejissorluğunu Taylan Biraderler'in etdiyi, prodüserliyini Timur Savcı'nın boynuna götürdüyü, ssenarisini Meral Okay və Meral Okay'ın ölümündən sonra Yılmaz Şahinin etdiyi "Muhteşem Yüzyıl" serialında; Halit Ergenç, Meryem Uzerli, Vahide Gördüm, Nebahat Çehre, Okan Yalabık, Burak Özçivit, Mehmet Günsür, Nur Fettahoğlu, Selma Ergeç, Ozan Güvən, Merve Boluğur, Engin Öztürk, Aras Bulut İynemli, Berrak Tüzünataç, Deniz Çakır, Meltem Cumbul, Sarp Akkaya kimi oyunçular da rol almışdır.
2016-cı ildə Yetrer adlı televiziya serialında baş rolu canlandırmışdır.
Son xəbərlər »

Yazda uğur qapıları 4 bürcün üzünə açılacaq

Voleybolçuların Yüksək Liqasında final oyunlarının tarixi açıqlandı

İnsan ölümləri ən çox bu fəsildə baş verir

Babayan məhkəmədə mühüm etiraf etdi

Ulduz futbolçu "Qarabağ"dan ayrılır

Tramp Çinlə danışıqları şərh etdi

Mahir Emreli bu klubdan transfer təklifi aldı

"Qalatasaray" qələbə qazandı -

Mehriban Əliyeva paylaşım etdi -
