Nurgül Yeşilçay
Aktyor
1998-günümüz
2014 - Paramparça, 2014 - Cinayet, 2013 - İşler Güçler, 2013 - Galip Derviş, 2013 - Bebek İşi, 2012 - Sultan, 2011 - 2012 - Sensiz Olmaz, 2010 - 2011 - Aşk ve Ceza (Yasemin), 2006 - Ezo Gelin TV Dizisi - Ezo, 2005 - Belalı Baldız TV Dizisi - Arzu Parlak, 2004 - Melekler Adası TV Dizisi - Şerbet, 2002 - Asmalı Konak TV Dizisi - Bahar Karadağ, 2001 - 90-60-90 TV Dizisi - Deniz, 1999 - İkinci Bahar TV Dizisi – Gülsüm, 2014 - Gece, 2013 - Aşk Kırmızı, 2010 - Çınar Ağacı, 2009 - 7 Kocalı Hürmüz, 2008 - Vicdan, 2007 - Yaşamın Kıyısında, Ayten, 2007 - Adem'in Trenleri, Hacer, 2004 - Anlat İstanbul - Uyuyan Güzel Saliha, 2004 - Eğreti Gelin - Kostak Emine, 2003 - Asmalı Konak - Hayat - Bahar Karadağ, 2002 - Mumya Firarda - Fatıma, 2001 – Şellale - Nergis, 1998 - Herşey Çok Güzel Olacak – Hemşire
2005 - 12.Adana Altın Koza Film Festivali "En İyi Kadın Oyuncu" (Eğreti Gelin), 2007 - 13.Sadri Alışık Oyuncu Ödülleri “Ademin Trenleri” "En İyi Kadın Oyuncu"(Hacer), 2007 - Çağdaş Sinema Oyuncuları Derneği (ÇASOD) Geleneksel 15. Oyuncu Ödülleri "En İyi Kadın Oyuncu" ödülü (Yaşamın Kıyısında ve Adem’in Trenleri), 2008 - 45. Antalya Altın Portakal Film Festivali'nde "En İyi Kadın Oyuncu" ödülü (Vicdan)
Cem Özer (2004-2010) Məşhur kino və teatr sənətçisi təxminən altı il evli qaldı. Cütlüyün bu evlilikdən Cemre və Nejat adında iki uşağı oldu.
Ad,Soyad Nurgül Yeşilçay
Yaş 26 Mart 1976 (48 Yaş )
Doğulduğu yer Afyon, Türkiyə
Vəzifə Aktrisa
Boy 163
Çəki 52
Göz rəngi Yaşıl
Saç rəngi Tünd qəhvəyi
Təhsil Eskişehir Anadolu Universiteti Teatr ixtisası
Yenilənmə tarixi 08-02-2017

Nurgül Yeşilçay; 26.Mart.1976 da İzmirdə doğulmuş olmasına baxmayaraq atası doğum yerini Afyon yazdırmışdır. İbtidai məktəb ilə orta məktəb və lisey təhsilini İzmirdə tamamladı. 2001-ci ildə Eskişehir Anadolu Universiteti Teatr ixtisasından məzun oldu.

Universitet təhsili əsnasında rol aldığı İkinci Bahar serialındakı Gülsüm rolu ilə tanındı. 2002-ci ildə Çağan Irmakın rejissorluğunu etdiyi Asmalı Konak adlı TV serialında Bahar Karadağ roluyla şöhrətini artırdı. Eyni il Rəşadla birlikdə Mumya Firarda filmində oynadı. 2003-ci ildə Abdullah Oğuzun idarə etdiyi Asmalı Konak serialının davam filmi olan Asmalı Konak-Hayatda Özcan Deniz ilə baş rolu paylaşdı. Rejissorluğunu Atif Yılmazın etdiyi Eğreti Gelin filmindəki Kostak Emine rolu ilə 2005-ci ildə 12. Adana Qızıl Koza Film Festivalında Ən Yaxşı Qadın Oyunçu mükafatını aldı. Eyni il Hande Ataizi ilə Mələklər Adası serialında rol aldı. Oxşar serialda rol alan Cem Özer ilə 26 Oktyabr 2004-cü ildə evləndi. Hamiləliyinin son ayında Mələklər Adası serialından ayrıldı. 22 May 2005-ci ildə oğlu Osman Nejatı dünyaya gətirdi.

2004-cü ildə Anlat İstanbul filmində Saliha xarakterini canlandırdı. 2005-2006 mövsümündə ATV-də yayımlanan Belalı Baldız serialında Berna Laçin və Kenan Işıkla baş rolu paylaşdı. 2006 da Cem Özer'le "Sən Olmasaydın" adlı teatr oyununda rol aldı. 2006-ci ilin sentyabr ayında Fateh Axının ssenarisini yazdığı, idarə etdiyi və prodüserliyini boynuna götürdüyü "Həyatın Sahilində" adlı filmdə rol aldı. Bu filmdə Ayten Öztürk adlı türk qızını böyük müvəffəqiyyətlə canlandırdı, film 2007-ci ildə 60.Cannes Film Festivalında Qızıl Palma üçün yarışmağa haqq qazandı ardından filmin "Ən yaxşı Ssenari" mükafatını qazandığı açıqlandı.

2007-ci ildə Ezo Gelin adlı tv serialında Ezo Gəlini canlandırdı. Orta şərqin ən əhəmiyyətli film festivallarından biri olaraq qəbul edilən 31.Uluslararası Qahirə Film Festivalında başçılığını məşhur İngilis rejissor Nikola Roeg'in etdiyi münsif olaraq iştirak etdi. 2007-ci ildə Barış Pirhasanın rejissorluğunu etdiyi Adəmin Trenleri filmində Hacer rolunda qüsursuz bir performans sərgilədi. Bu filmdəki oyunuyla 13.Sadri Alışık Oyunçu Mükafatlarında Ən Yaxşı Qadın Aktrisa mükafatını qazandı.

Müasir Kino Oyunçuları Dərnəyi (ÇASOD) Ənənəvi 15. Oyunçu Mükafatları Ən Yaxşı Qadın Oyunçu Mükafatını iki ayrı filmdə, bir-birindən çox fərqli iki rolda birdən təsirli olmağı və təbii qalmağı bacarması səbəbiylə Həyatın Sahilində (Ayten) və Adəmin Trenlerinin oyunçusu ( Həcər) olaraq qazandı. 5-20 aprel 2008 də 27-cisi təşkil edilən Beynəlxalq İstanbul Film Festivalında Semin Kaplanoğlunun juri rəhbərlik etdiyi milli yarışma jürisində iştirak etdi.

Yanvar 2010-cu ildə ekranlarda göstərilən "Aşk Ve Ceza" adlı serialda Murat Yıldırım ilə baş rolu paylaşdı. 2011-ci ildə Show TVdə nəşr olunan "Sensiz Olmaz"  adlı serialın baş rolunda iştirak etdi.

2014-ci ildə baş rollarını Erkan Petekkaya ilə paylaşdığı "Paramparça" adlı serialda Nursel Kosa, Ebru Özkan, Cemal Hünal ilə birlikdə oynadı.